Qeyd edək ki, R. Mehdiyev Cinayət Məcəlləsinin 278.1-ci (dövlət hakimiyyətini ələ keçirməyə yönələn əməllər), 274-cü (dövlətə xəyanət) və 193-1.3.2-ci (cinayət yolu ilə əldə edilmiş əmlakı leqallaşdırma) maddələri ilə ittiham olunur. Ötən həftə Səbail Rayon Məhkəməsi onun barəsində seçilmiş qətimkan tədbirinin daha 4 ay müddətinə uzadılması barədə qərar qəbul edib. Ramiz Mehdiyev 2019–2022-ci illərdə AMEA-nın prezidenti vəzifəsində çalışıb.
Mehdiyev həqiqi üzvlükdən çıxarılarsa, onun elmi dərəcəsinin də ləğv olunması mümkündürmü?
Fəlsəfə üzrə fəlsəfə doktoru Etibar Əliyev mövzu ilə bağlı Musavat.com-a açıqlamasında belə deyib:
“Burada müəyyən prosedur qaydaları mövcuddur. AMEA-nın tərkibində müxtəlif bölmələr fəaliyyət göstərir – biologiya, humanitar və ictimai elmlər bölmələri və s. Ramiz Mehdiyev ictimai elmlər bölməsi üzrə akademik adını daşıyır. Hazırda onun dərhal üzvlükdən çıxarılacağı ilə bağlı fikirlər səsləndirilir. Lakin fevralın 25-dək ictimai elmlər bölməsi toplaşaraq müvafiq qərar qəbul etməsə, məsələ avtomatik olaraq təxirə salınacaq. Qayda belədir ki, əvvəlcə aidiyyəti bölmə iclas keçirməli və mövqeyini ortaya qoymalıdır.
Məsələn, Əli İnsanovun akademik adı geri alınarkən Biologiya bölməsi toplaşdı və qərara gəldi ki, o, akademik adına layiq deyil və həmin adı daşımaq hüququ yoxdur. Eyni prosedur bu halda da tətbiq olunmalıdır. Əgər ayın 25-nə qədər ictimai elmlər bölməsi tərəfindən qərar qəbul edilməzsə, məsələ yenidən təxirə düşəcək. Mən istərdim ki, proses bir qədər sürətləndirilsin. İctimai Elmlər Bölməsi mütləq şəkildə toplaşmalı və qərar verməlidir. Onun AMEA-nın həqiqi üzvlüyündən və akademik adından xaric edilməsi üçün kifayət qədər əsasların olduğu görünür. Hələlik iki gün vaxt var və düşünürəm ki, bu müddət ərzində məsələni müzakirə edə bilərlər. Burada tərəddüdə əsas görmürəm. Bununla belə, ictimai elmlər bölməsinin iclas keçirəcəyi barədə hələlik rəsmi məlumat yoxdur”.
Tanınmış hüquqşünas, sabiq müstəntiq Müşfiq Abbasov bu gün 15 sutka həbs cəzası alıb. Baş Prokurorluğun yaydığı məlumatda bildirilir ki, o, İnzibati Xətalar Məcəlləsinin 388-1.1.1-ci maddəsi ilə (informasiya ehtiyatında və ya informasiya-telekommunikasiya şəbəkəsində “İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında” Azərbaycan Respublikasının Qanunu ilə yayılması qadağan edilən informasiyanın yerləşdirilməsinə yol verilməsi) ittiham olunub.
M.Abbasovun səhifəsində son görüntülü açıqlaması 2 gün öncəyə aiddir. Musavat TV-yə müsahibəsində Azərbaycan cəmiyyətində müstəntiq, prokuror, hakim haqda “ədalətsiz” düşüncəsinin yaranmasının səbəblərinə toxunub. Bakupost.az xəbər verir ki, eks müstəntiq qeyd edib ki, ədalətli hakim obrazını azərbaycanlılar ABŞ-dakı yaşlı hakimin qərarlardan əxz edirlər, çünki sosial şəbəkədə o çıxır qarşılarına. Azərbaycanda da ədalətli hakimlər, öz peşəsinə sədaqətli prokurorların olmasına diqqət çəkən M.Abbasov onların təbliğatının olmamasını da vurğulayıb.
Daha sonra isə istintaq zamanı iki tərəfin olduğunu, bütün qərarların bir tərəf üçün ədalətli, digər tərəf üçün ədalətsiz olduğu qənaəti yarandığını bildirir və buna görə də hakimlər, müstəntiqlər haqda yanlış rəy formalaşdığını bildirir.
Qeyd edək ki, M.Abbasovun bu açıqlamasında hansısa qanunları pozduğu təxmin edilmir.
Gündəmdəki bir çox xəbərləri bu gün saat 11.00-də aparıcı Sevinc Telmanqızının təqdimatındakı “Canlı debat” verilişində izləyə bilərsiz. Qonağımız Ağ Partiyanın sədri Tural Abbaslıdır. Müzakirədə tamaşaçılarımız da iştirak edə bilər.
Tehsil-press.az







