Bu türk ölkəsi Xəzər üçün 2,5 milyon dollar ayırdı

Bu türk ölkəsi Xəzər üçün 2,5 milyon dollar ayırdı Qazaxıstan hökuməti Xəzər dənizinin öyrənilməsi və qorunması üçün 1,1 milyard tenge (təxminən 2,5 milyon dollar) ayırıb.

Bu barədə Qazaxıstan hökumətinin mətbuat xidməti məlumat yayıb.

Məlumata görə, Xəzər dənizinin hərtərəfli öyrənilməsi və qorunması, eləcə də regionun ekoloji dayanıqlığını dəstəkləmək üçün dövlət ehtiyatından Qazaxıstan Xəzər Dənizi Elmi -Tədqiqat İnstitutuna 1,1 milyard tenge (təxminən 2,5 milyon dollar) ayrılıb:

“Vəsait dəniz monitorinqi üçün avadanlıqların alınmasına, eləcə də hidrobioloji və hidrokimyəvi laboratoriyaların təchiz olunmasına ayrılır”.

Tehsil-press.az

Oxşar xəbərlər