Netanyahu İsraildəki terror aktlarına görə İranı günahlandırdı

Netanyahu İsraildəki terror aktlarına görə İranı günahlandırdı “Biz İran və onun tərəfindən istiqamətləndirilən və maliyyələşdirilən terror aktının episentrindəyik”.
Bu barədə İsrailin Baş naziri Binyamin Netanyahu “X” (tviter) sosial şəbəkə hesabında bildirib.
Netanyahu son günlərdə israillilərə qarşı terror aktlarının yeni dalğasının arxasında İranın dayandığını vurğulayıb.
Qeyd edək ki, avqustun 21-də səhər saatlarında İordan çayının qərb sahilindəki Hebron bölgəsində israillilərin olduğu avtomobil atəşə tutulub, iki mülki şəxs yaralanıb, daha sonra isə yaralılardan biri ölüb.

Tehsil-press.az



Oxşar xəbərlər