Azərbaycan və Ermənistan prezidentlərinin Sankt-Peterburqda gözlənilən görüşü Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həlli istiqamətində müsbət addımdır.
Tehsil-press.az-ın məlumatına görə, bunu Avropa İttifaqının (Aİ) Azərbaycan nümayəndəliyinin rəhbəri Malena Mard jurnalistlərə açıqlamasında deyib.
M.Mard vurğulayıb ki, Aİ münaqişənin sülh yolu ilə həlli istiqamətində atılan bütün addımları dəstəkləyir: “Avropa İttifaqı olaraq biz Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllinin tərəfdarıyıq. Biz münaqişənin sülh yolu ilə həlli istiqamətində bütün səyləri, o cümlədən ATƏT-in Minsk qrupunun səylərini dəstəkləyirik. Bu görüş, əlbəttə ki, münaqişənin həlli istiqamətində müsbət bir addımdır”.
O qeyd edib ki, münaqişənin hərtərəfli həllinə nail olmaq üçün tərəflər arasında dialoqun qurulması vacibdir, çünki status-kvo qəbuledilməzdir.
Tehsil-press.az