Türkiyədə erməni təxribatının qarşısı alındı

Türkiyədə erməni təxribatının qarşısı alındı Türkiyənin Iğdır şəhərində erməni təxribatının qarşısı alınıb.

Tehsil-press.az-ın məlumatına görə, etirazlardan sonra şəhərin Tuzluca qəsəbəsinin giriş və çıxışında erməni dilində yazılan tablo götürülüb. Tablonun üzərində erməni dili ilə yanaşı türk, kürd və ingilis dillərində “Xoş gəlmisiniz” və “Gülə-gülə” ifadələri yazılıb. Yerli əhali yalnız erməni dilində yazılan sözlərə öz kəskin etirazlarını bildirib.
Narazılığın böyüdüyünü görən qəsəbə bələdiyyəsi tablonun üzərində erməni dilindəki yazıların silinməsi ilə bağlı qərar qəbul edib və erməni dilində yazı silinib
Xatırladaq ki, tablo Ermənistan-Türkiyə sərhədində yerləşən şəhərin girişinə ötən il vurulmuşdu.


Tehsil-press.az

Oxşar xəbərlər