Xüsusilə köhnə avadanlıqlar, sertifikatsız adapterlər və yüksək enerji sərfiyyatı olan cihazlar ən riskli qurğular kimi göstərilir.
Köhnə soba və mikrodalğalar
Köhnəlmiş elektrik və mikrodalğalı sobalarda naqil və izolyasiya problemləri yanğın ehtimalını artırır. Mütəxəssislər 5–7 ildən çox istifadə olunan sobaların mütəmadi olaraq yoxlanmasını tövsiyə edir.
Sertifikatsız şarj cihazları
Ucuz şarj adapterləri tez qızır və partlayış riski daşıyır. Bu adapterlərin elektrik qısaqapanmasına səbəb ola biləcəyi bildirilir.
Köhnə soyuducular
10 ildən yuxarı soyuducular kompressor qızması və freon sızması ilə təhlükə yaradır. Enerji sərfiyyatının artması da əlavə problem kimi qeyd olunur.
Elektrik çaydanları və istilik cihazları
Nəzarətsiz işlədilən və aşağı keyfiyyətli modellər qısaqapanma riskini artırır. Xüsusilə su sızması ilə elektrik təmasının birləşməsi yanğına səbəb ola bilər.
Uzatma kabelləri və çoxluq rozetkalar
Eyni anda çoxsaylı güclü cihazların qoşulması kabellərin isinməsinə gətirib çıxarır. Qızdırıcı və ütü kimi cihazların uzatma kabelinə qoşulması qətiyyən məsləhət görülmür.
Gecə qoşulu saxlanan cihazlar
Telefon, noutbuk və digər cihazların saatlarla şarjda qalması akkumulyator şişməsi və yanğın riskini artırır. Yatmazdan əvvəl bütün lazımsız cihazların şəbəkədən çıxarılmasını tövsiyə edilir.
Tehsil-press.az











