Aydın Mirzəzadə: "Prezidentlərin Sankt-Peterburq görüşü müəyyən ümidlər verir"

Aydın Mirzəzadə: Rusiya Prezidenti Vladimir Putinin təşəbbüsü ilə Azərbaycan və Ermənistan prezidentlərinin Rusiyanın Sankt-Peterburq şəhərində görüşü hər iki ölkədə, eyni zamanda Dağlıq Qarabağ məsələsinin həllində maraqlı olan dairələrdə böyük maraqla qarşılandı.

Bunu Tehsil-press.az-a Milli Məclisin deputatı Aydın Mirzəzadə deyib. A.Mirzəzadə bildirib ki, aprel ayında cəbhə xəttində baş verən hadisələrdən sonra vəziyyət köklü şəkildə dəyişdi: “Birincisi, Azərbaycanın bütün sahələrdə, o cümlədən hərbi sahədə Ermənistandan qat-qat güclü olduğu bir daha aydın oldu. İkincisi, Azərbaycan özünün ərazi bütövlüyünün pozulmasına, ərazilərinin işğal altında qalmasına dözmək istəmədiyini bir daha ortaya qoydu və dünyanın diqqəti Dağlıq Qarabağ məsələsinə daha çox yönəldi”. A.Mirzəzadə deyib ki, Ermənistanın təkidli xahişlərindən sonra, eyni zamanda beynəlxalq təşkilatların müraciətlərindən sonra atəşkəs əldə edildi.


Tehsil-press.az

Oxşar xəbərlər