Sarkisyanın Putindən istəyi - Sankt-Peterburq görüşündə

Sarkisyanın Putindən istəyi - Sankt-Peterburq görüşündə “Atəşkəsin pozulmasının araşdırılmasına görə mexanizmin yaradılması Dağlıq Qarabağ münaqişəsi ilə bağlı danışıqlar üçün böyük təməl qoyacaq”.

Tehsil-press.az-ın Ermənistan mətbuatına istinadən verdiyi məlumata görə, bu barədə işğalçı Ermənistanın prezidenti Serj Sarkisyan Rusiya lideri Vladimir Putinlə görüşündə bildirib.
Sarkisyanın sözlərinə görə, o, münaqişənin həllində sülh tərəfdarıdır:
“Bizim Qarabağla bağlı mövqeyimiz hamıya məlumdur. Biz istəyirik ki, bu məsələ sırf sülh yolu ilə həllini tapsın. ATƏT-in Minsk qrupu ölkələrinin həmsədrlərinə bu işdə göstərdikləri anlayış və səylərə görə təşəkkür etmək istəyirəm”.
Ermənistan prezidenti vurğulayıb ki, bu cür münaqişələr birtərəfli həll olunmur:
“Sükut rejimi”nin pozulmasının araşdırılması üçün mexanizmin yaradılması istiqamətində birgə addımlar atsaq çox şad olarıq”.
Qeyd edək ki, bu gün Sankt-Peterburqda Azərbaycan, Rusiya və Ermənistan prezidentlərinin görüşü olub.


Tehsil-press.az

Oxşar xəbərlər