“Evlənmək istəyən oğlanlar qız tapmayacaq…” - Deputat

“Evlənmək istəyən oğlanlar qız tapmayacaq…” - Deputat “Xeyli zamandır cəmiyyətdə müzakirə edilən bir problemin ağırlaşması artıq özünü göstərməkdədir. Bəzi valideynlərin uşaqların dölünü tibbi avadanlıqlar vasitəsi ilə müəyyənləşdirdiyi bəllidir. Bundan sonra valideynlərin ancaq oğlan döllərini saxlatmasının ağır nəticələrə gətirib çıxaracağı barədə çox danışılıb”.

Tehsil-press.az xəbər verir ki, bu barədə modern.az-a açıqlamasında deputat Aydın Mirzəzadə bildirib. Aydın Mirzəzadənin sözlərinə görə, son statistik məlumatlar onun acısını artıq dadmağa başladığımızı göstərir.
“Bu gün Təhsil Nazirliyinin verdiyi məlumatda bildirilib ki, 2015-2016 tədris ilində ümumtəhsil məktəblərinin IX siniflərini 111217 nəfər bitirəcək ki, bunun 51010 nəfəri qız, 60207 nəfəri oğlandır”.
Deputat xatırladıb ki, eyni zamanda, bu il XI sinifləri 89325 nəfər bitirəcək ki, bunun da 39643 nəfəri qız, 49682 nəfəri oğlandır.
“Bu isə o deməkdir ki, 5-10 ildən sonra ailə qurmaq istəyən oğlanlar artıq ölkəmizdə qız çatışmazlığı ilə üzləşəcəklər”,-deyə o əlavə edib.


Tehsil-press.az

Oxşar xəbərlər