Emin Ağalarovdan şok etiraf – "Milyardlarla dövriyyəm olsa da, pulum çatmır"

Emin Ağalarovdan şok etiraf – Tanınmış iş adamı və müğənni Emin Ağalarov biznes fəlsəfəsi və şəxsi maliyyə idarəçiliyi ilə bağlı olduqca maraqlı və səmimi açıqlamalar verib.

Ağalarov "total reinvestisiya" prinsipi ilə yaşadığını, yəni qazandığı hər bir qəpiyi dərhal yenidən işinə yatırdığını etiraf edib.

Emin Ağalarov bildirib ki, nəhəng dövriyyələrə, dəniz kənarında öz şəhərini (Sea Breeze) salmasına və ulduzlarla birgə stadion konsertlərinə baxmayaraq, ambisiyalı ideyalarını reallaşdırmaq üçün ona həmişə vəsait çatmır. Bunun səbəbi qazancın anında yeni layihələrə yönəldilməsidir.

Biznesmen inkişafının əsas hərəkətverici qüvvəsinin "şəxsi brend" üzərində işləmək olduğunu qeyd edib. O, bu dərsi vaxtilə yaxından müşahidə etdiyi Donald Trampdan aldığını bildirib.

Ağalarovun fikrincə, keyfiyyətli məhsul yaratmaq və tərəfdaşlara, müştərilərə sevinc bəxş etmək mənfəəti dəfələrlə artırmağın və "hər şeyi satmağı" öyrənməyin yeganə yoludur.

İş adamı vurğulayıb ki, biznesdə dayanmaq geriləmək deməkdir, ona görə də o, riskə gedərək bütün resurslarını gələcək layihələrə xərcləməkdən çəkinmir.

Tehsil-press.az

Oxşar xəbərlər