Məzahir Pənahovla Orbanı birəşdirən riskli tale

Məzahir Pənahovla Orbanı birəşdirən riskli tale Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahovun rəhbərlik etdiyi nümayəndə heyəti aprelin 12-də Macarıstanda keçiriləcək parlament seçkilərini izləmək üçün bu ölkəyə gedib.Səfər Macarıstan Milli Seçki Bürosunun prezidenti Nagy Attilanın dəvəti əsasında həyata keçirilir.

MSK sədri təkcə həmkarı ilə deyil, digər rəsmi şəxslərlə, habelə seçkilərin müşahidəsinə qatılan müxtəlif ölkələrin ali seçki qurumlarının rəhbərləri ilə görüşlər keçirəcək.
Picture backgroundMSK nümayəndələri seçki günü paytaxt Budapeştdə səsvermənin gedişini müşahidə edəcək.

Qeyd edək ki, Azərbaycanla (həmçinin müşahidəçi statusu ilə təmsiul olunduqları Türk Dövlətləri Təşkilatına üzv ölkələrlə ) dostluq əlaqələri qurmuş hazırkı baş nazir Viktor Orbanın rəhbərlik etdiyi Fidesz Partiyası 16 illik hakimiyyətini itirə bilər. Bədbin proqnozlara görə, Fidesz cəmi 49–55 yer qazana bilər.“Reuters” agentliyinin rəy sorğularına əsasən yaydığı məlumata görə, müxalif Tisza Partiyası parlamentdə üçdə iki çoxluğu əldə edə bilər. Məlumata görə, partiya 199 yerlik parlamentdə 138–142 mandat qazana bilər. Konstitusion çoxluq üçün minimum 133 mandat tələb olunur.

Mərkəz-sağ yönümlü Tisza Partiyasına isə Peter Magyar rəhbərlik edir və o, hazırda müstəqil sorğuların əksəriyyətində öndə gedir. Bununla belə, hakim Fidesz Partiyası hələ də bəzi sorğulara istinad edərək seçkilərdə qalib gələcəyini iddia edir. Müşahidəçilərə görə, aprelin 12-dəki seçki Macarıstanda yalnız hakimiyyət uğrunda mübarizə deyil, həm də ölkənin gələcək siyasi kursunun müəyyənləşməsi baxımından həlledici ola bilər.

Yeri gəlmişkən, məlumdur ki, bu ayın sonu MSK buraxılacaq. Bu tərkib 2021-ci ilin aprel ayının 27-də formalaşıb. Bəllidir ki, MSK-nın üzvləri Milli Məclis tərəfindən seçilir. MSK-nın 18 yerlik tərkibinin 6 üzvü parlamentdə çoxluq təşkil edən partiyanın, 6 üzvü müstəqil deputatların, 6 üzv isə azlıqda olmaqla 25 ildir MSK-ya sədrlik edən Məzahir Pənahov bu müddət ərzində 3 referendum (2002, 2009, 2016), 5 prezident (2003, 2008, 2013, 2018, 2024), 6 parlament (2000, 2005, 2010, 2015, 2020, 2024) və 5 bələdiyyə (2004, 2009, 2014, 2019, 2024) seçkisi keçirib. İddialara görə, Pənahovun MSK sədrliyinə yenidən namizədliyinin irəli sürülə bilər. Onun Macarıstandakı kritik seçkiləri müşahidə edəcək MSK nümayəndələrinə rəhbərlik etməsi bu baxımdan maraqlıdır. Yəni Pənahovun sonrakı siyasi taleyi də Orban kimi risk altındadır.

Tehsil-press.az

Oxşar xəbərlər