Bir neçə ölkədə iqlimə xas olmayan yağışlar ciddi fəsadlara yol açıb.
Birləşmiş Ərəb Əmirliklərində 3 gündür davam edən yağışlar infrastruktura ciddi ziyan vurub. Şəhərlərin əksəriyyətində yağış kanalizasiyası nəzərdə tutulmadığı üçün nəqliyyatın və piyadaların hərəkəti iflic olub. Ən ağır vəziyyət Dubay, Abu-Dabi və Şarja şəhərlərində müşahidə olunur. Ekspertlər bildirirlər ki, leysana süni yağışyağdırma texnologiyasından ifrat istifadə səbəb olub.
Oxşar vəziyyət Küveytdə də müşahidə olunur. Ölkənin əksər ərazisində dərslər dayandırılıb. Oman sultanlığında isə əsas magistralları su basması nəticəsində şəhərlərarası əlaqə pisləşib.
Sinoptiklər əlverişsiz havanın yanvarın 5-dək davam edəcəyini bildiriblər.
Tehsil-press.az