"Cənub qaz dəhlizi" Azərbaycana onlarla milyard dollar qazanmağa imkan verəcək

"Cənub qaz dəhlizi" layihəsinin həyata keçirilməsi Azərbaycana karbohidrogen satışından və nəqlindən təxminən 30-50 milyard dollar qazanmasına imkan verəcək.

Tehsil-press.az-n məlumatına görə, bunu Azərbaycan Respublikası Dövlət Neft Fondunun (SOFAZ) icraçı direktoru Şahmar Mövsümov "Caspian Energy" nəşrinə müsahibəsində bildirib. Ş. Mövsümov qeyd edib ki, bu, ilkin məlumatdır. Onun sözlərinə görə, layihə həm Azərbaycanın daxilində, həm də regionda iqtisadiyyatın və infrastrukturun inkişafına imkan yaradır.


Tehsil-press.az

Oxşar xəbərlər