Tanışlıq xarakteri daşıyan görüşdə professor Dünyamin Yunusov qonağı universitetdə görməkdən şad olduğunu söylədi.O, ADU-nun tarixi, beynəlxalq əlaqələri, tədris prosesi, maddi-texniki bazası haqqında ətraflı məlumat verdi.
ADU-da olmaqdan məmnunluğunu dilə gətirən Yunus Əmrə İnstitutunun direktoru İbrahim Yıldırım səmimi qəbula görə təşəkkür etdi. Yunus Əmrə İnstitutunun dünyanın 26 ölkəsinin 46 bölgəsində fəaliyyət göstərdiyini bildirən İbrahim Yıldırım rəhbərlik etdiyi İnstitut haqqında dolğun məlumat verərək əsas məqsədin türk dilini və mədəniyyətini təbliğ etmək olduğunu söylədi.
Görüşdə gələcək əməkdaşlıq perspektivləri, tələbə-müəllim mübadiləsi, birgə layihələrin həyata keçirilməsi haqqında müzakirələr aparıldı.
Sonra Dillər Universitetinin İnformasiya Resurs Kompleksi (İRK) ilə yaxından tanış olan İ.Yıldırım buraya heyran qaldığını bildirdi, xüsusilə Türkdilli xalqların Folklor Mərkəzinin fəaliyyətini yüksək qiymətləndirdi.

ADU-nun Mətbuat Xidməti