Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Rusiya Prezidenti Vladimir Putinə başsağlığı məktubu ünvanlayıb.
Tehsil-press.az-n RİA Novosti-yə istinadən verdiyi məlumata görə, bu barədə RF dövlət başçısının mətbuat katibi Dmitri Peskov bildirib.
Onun sözlərinə görə, Su-24 təyyarəsinin pilotunun ölümü ilə bağlı başsağlığında Türkiyə Prezidenti rus pilotun ailəsinin dərdinə şərik olduğunu bildirib və qeyd edib: "Bağışlayın".
Bundan əlavə, R.T.Ərdoğan iki ölkə arasında ənənəvi dost münasibətlərinin bərpası üçün əlindən gələn hər şeyi etməyə hazır olduğunu bildirib.
O, V.Putini inandırmağa çalışıb ki, rəsmi Ankaranın heç vaxt Rusiyaya məxsus təyyarəni vurmaq niyyəti olmayıb.
Tehsil-press.az