Rusiya-Türkiyə barışığı Qarabağı azad edə bilər?

Rusiya-Türkiyə barışığı Qarabağı azad edə bilər? İki böyük dövlət arasında əldə olunan barışıq regionda gərginliyi azalda bilər.

Rusiyanın "Su-24" qırıcısının vurulmasından yeddi ay sonra Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Rusiyadan baş verənlərə görə üzrxahlıq etdi. Tehsil-press.az-ın məlumatına görə, Rusiya prezidenti Vladimir Putinə göndərilən məkubun mətni yayıldıqdan sonra açıqlama verən Türkiyənin baş naziri Binali Yıldırım isə əvvəlcə Rusiya təzminat ödənilə biləcəyini də istisna etmədi, sonra isə təzminatdan söhbət getmədiyini dedi.
"Rusiya Türkiyə ilə münasibətləri yaxşılaşdırsa belə Dağlıq Qarabağ münaqişəsi ətrafında “status-kvo”nu saxlamaqda maraqlıdır".
Bununla da Türkiyə Rusiyanın tələb etdiyi şərtləri yerinə yetirmiş olur. Əlbəttə ki, Avrasiyanın ən qədim tarixə malik olan iki dövlətinin soyuq münasibətləri regionun digər ölkələrinə də təsirsiz ötüşmürdü.

İki lider dövlətin münasibətlərini yenidən bərpası nə vəd edir?

Adıçəkilən dövlətlərin rolunu nəzərə alsaq, onların soyuq münasibətinin regiona mənfi təsirlərinin olduğunu da görmək elə də çətin deyil. Məhz bu səbəbdən bir çox ölkələr Rusiya-Türkiyə münasibətlərinin nomallaşması üçün səylərini əsirgəməyiblər. Xüsusilə onların strateji tərəfdaşı və müttəfiqi olan Azərbaycan. Hər iki ölkə ilə geniş siyasi və iqtisadi bağlarımız var. Ona görə də Azərbaycanda münasibətlərin yaxşılaşdırılması üçün vasitəçilik təklif etmişdi.
Bunu Türkiyənin baş naziri Binali Yıldırım özü də bu gün etiraf etdi. O, yaxınlaşmada əməyi keçənlərə, o cümlədən Azərbaycana xüsusi təşəkkürünü çatdırdı.


Tehsil-press.az

Oxşar xəbərlər