Sahib Məmmədov: Türkiyə-Rusiya əlaqələrinin normallaşması Azərbaycan və Rusiya arasında əmtəə dövriyyəsinin artımına mənfi təsir etməyəcək
Türkiyə və Rusiya arasında əlaqələrin normallaşdırılması Azərbaycan və Rusiya arasında əmtəə dövriyyəsinin artımına mənfi təsir etməyəcək. Trend-in məlumatına görə, bunu jurnalistlərə iqtisadiyyat nazirinin müavini Sahib Məmmədov deyib.
Onun sözlərinə görə, Azərbaycan və Rusiya arasında geniş iqtisadi əlaqələr mövcuddur, bura ildən-ilə artan və Türkiyə ilə Rusiya əlaqələrindən asılı olmayan əmtəə dövriyyəsi də daxildir. S.Məmmədov qeyd edib ki, Azərbaycan və Rusiya arasında əmtəə dövriyyəsi hər il artır.Tehsil-press.az
- Baxış: 5943
Xəbərin tarixi: 01.07.2016 / 12:56
-
Oxşar xəbərlər