Putindən Türkiyə ilə bağlı mühüm - Fərman

Putindən Türkiyə ilə bağlı mühüm - Fərman Rusiya prezidenti Vladimir Putin 2015-ci ilin noyabrında Türkiyəyə qarşı tətbiq edilən məhdudiyyətlərin ləğvi barədə fərman verib.

Tehsil-press.az-ın Rusiya mətbuatına istinadən verdiyi xəbərə görə, bu barədə Kremlin rəsmi saytında məlumat yerləşdirilib. Hökumətə xüsusilə, Rusiya və Türkiyə arasında hava nəqliyyatı qadağasının aradan qaldırılması üçün tədbir görmək, eləcə də ölkələr arasında iqtisadi əlaqələrin nizama salınması üçün Türkiyə tərəfi ilə danışıqlar aparmaq tapşırılıb. Qeyd olunur ki, fərman dərc olunduğu gündən qüvvəyə minir.


Tehsil-press.az

Oxşar xəbərlər