FNH-in İl-76 təyyarəsi yoxa çıxdı

FNH-in İl-76 təyyarəsi yoxa çıxdı İrkutsk vilayətində meşə yanğınlarının baş verdiyi ərazidə uçuş həyata keçirən İl-76 təyyarəsi ilə əlaqə kəsilib.

Bu barədə Buryatiyanın fövqəladə xidmət orqanları məlumat verib. RİA Novosti informasiya agentliyi xəbər verir ki, göyərtəsində 10 nəfərin olduğu İl-76 təyyarəsi güclü tüstülənmə zonasında, 3 min metr yüksəklikdə yoxa çıxıb. Moskvadan və Krasnoyarskdan hadisə yerinə xilasedici dəstələr göndərilib. Hazırda axtarış əməliyyatlarında 9 hava gəmisi, 292 nəfər canlı qüvvə və 28 ədəd texnika iştirak edir.
Qeyd edək ki, istehsalına keçən əsrin 70-ci illərində başlanan İl-76 nəqliyyat təyyarəsi Rusiyanın Fövqəladə Hallar Nazirliyi tərəfindən insanların və yüklərin daşınması, həmçinin fövqəladə hallar zamanı ərazinin kəşfiyyatında və yanğınların söndürülməsində aktiv istifadə olunur.


Tehsil-press.az

Oxşar xəbərlər