Müsəlmanların müqəddəs ayının - Ramazanın sonuna sayılı günlər qalıb. Bir neçə gündən sonra Ramazan ayı başa çatır və gələn həftə iki gün qeyri-iş günü olacaq.
Tehsil-press.az-ın məlumatına görə, iyulda Ramazan bayramı ilə əlaqədar 2 gün qeyri-iş günü olacaq. Nazirlər Kabinetinin 24 dekabr 2015-ci il tarixli qərarında əsasən iyulun 6 və 7-si Ramazan bayramı qeyd ediləcək. Qanunvericiliyə uyğun olaraq, həmin günlər iş günü hesab edilmir.
Bununla da gələn həftə 5 günlük qrafiklə çalışanlar 4 gün - 6, 7 (bayram günləri), 9, 10 iyul (həfttəsonu) istirahət edəcəklər.
Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) Qazılar Şurası və Elmi-Dini Şurasının fətvasına görə, bu il ölkə ərazimizin üfüqünə uyğun olaraq Ramazan ayının 1-i ayın görünməsi ilə miladi təqvimlə 7 iyun 2016-cı ilə təsadüf edib.
Orucun mühüm əməllərindən biri olan fitrə zəkatının vaxtı Ramazan ayının son günüdür. Qazılar Şurasının qənaətinə görə, bugünkü günə uyğun olaraq adambaşına 5-10 manat arası fitrə zəkatının verilməsi məsləhət görülür.
Tehsil-press.az