ACT Azərbaycan araşdırma mərkəzi Ramazan ayı ilə bağlı Bakı şəhəri üzrə sorğu keçirib.
Tehsil-press.az xəbər verir ki, 400 respondentin iştirak etdiyi sorğunun nəticələrinə görə, bu il Bakı sakinlərinin 33%-i oruc tutur. Oruc tutanların yarıdan çoxunu isə qadınlar təşkil edir (59%).
Ən çox oruc tutanlar 35-44 yaş aralığındakı insanlardır. Bu yaş qrupu ümumi oruc tutanların 29%- ni təşkil edir. İkinci pillədə nisbətən cavan nəsil - 25-34 yaş qrupu yer alıb (26%). Ən aşağı göstərici isə ahıl insanların yaş qrupundadır. 65 və yuxarı yaşlı insanların cəmi 6% - i Ramazan ayında oruc tutur.
Bakı sakinlərinin 8%-i qeyri müsəlman olduğu üçün, 59 %-i isə bəzi səbəblərdən oruc tutmur. Oruc tutmayanlar əsasən səhhətində problem olanlar (35%), iş şəraitinin uyğun olmadığını deyənlər (9%), körpəyə qulluq edənlər və hamilələrdir (3%).
25% şəhər sakini son 5 ildə mütəmadi olaraq oruc tuduğu halda, 29% isə ümumiyyətlə oruc tutmayıb.
Paytaxt əhlinin 13 %-i Ramazan ayında iftar süfrəsinə orta hesabla 3-10 AZN, 8%-i isə 11-20 AZN xərc çəkir.
14% Bakı sakini 10 ballıq şkala üzrə 5 balla özünü dindar hesab edir. 4% sakin isə dinə mövqeyini 0 balla qiymətləndirir.
Paytaxt sakinlərinin 76% -i özünü İslam dininin Şiə məzhəbinə aid edir. Ikinci pillədə sünni məzhəbi (16%) yer alıb. Daha sonrakı pillələrdə deistlər (0.8%) və pravoslav xristianlar (0.7%) qərarlaşıblar. Sorğu 12-15 iyun tarixlərində Bakı şəhərində keçirilib.
Tehsil-press.az