Hansı ölkələrdə müsəlmanlar bu gün oruc tutmurlar?

Hansı ölkələrdə müsəlmanlar bu gün oruc tutmurlar? Bu il Ramazan ayının ilk günü heç də bütün ölkələrdə iyunun 6-na, yəni bu günə düşmür.

Müqəddəs ayın nə vaxt başlamasına hər bir ölkənin dini idarəsi özü qərar verir. Bu qərarın qəbulunda isə onlar aya əsaslanır; bu gün ay görünməsə, orucluq iyunun 7-də başlaya bilər. Oxucularına müsəlmanların bu gün oruc tutduqları və sabahdan etibarən oruc tutacaqları bəzi ölkələrin siyahısını təqdim edirik. Taylandda Ay müşahidə komitəsi yeni ayın gəlişi əlamətlərini görməyib və oruc tutmağa bazar ertəsindən deyil, çərşənbə axşamından başlamaq lazım olduğunu elan edib.
Cənubi Afrikada başda şeyx İrfan Abrahams olmaqla Müsəlman şurası da yeni ayın dünən axşam səmada müşahidə edilmədiyini bildirib və ölkədəki dindarlara sabahdan etibarən oruc tutmaq göstərişi verilib. Ərəb ölkələri arasında bu gün Omanda oruc tutulmayıb. Sultanlıq hökuməti səmada yeni ayı müşahidə etməyib.
Azərbaycan, İran, Yəmən, İraq, Hindistan, Əfqanıstan və Pakistanda sabahdan etibarən oruc tutulacaq. Bu ölkələrin dini idarələri dünən axşam yeni ayı müşahidə etməyib. Hindistanda bu gün yalnız cənub ştatı olan Keralada oruc tutulur. Bu gün müqəddəs ay Türkiyə, Rusiya (bu gün yalnız Dağıstanda oruc tutulmur), Qazaxıstan, Özbəkistan, Qırğızıstan, Türkmənistan və Tacikistanda başlayıb.


Tehsil-press.az

Oxşar xəbərlər