İyulun 12-də Bakı Fond Birjasında (BFB) Maliyyə Nazirliyinin 10 milyon manat məbləğində qısamüddətli manat istiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçiriləcək.
Bu barədə Tehsil-press.az BFB-yə istinadən məlumat verir. Hərraca hər birinin nominal dəyəri 100 manat və tədavül müddəti 91 gün olan 100 min istiqraz çıxarılacaq. İstiqrazların ödəmə tarixi 11 oktyabr 2016-cı ildir. Hərrac zamanı qeyri-rəqabətli sifarişlərin istiqrazların buraxılışının 20%-dən artıq olmamaq şərtilə qəbul edilməsinə icazə verilir. Buraxılışın anderrayteri "PAŞA Kapital" investisiya şirkətidir.
Tehsil-press.az