Merkel: Almaniya terrorizmlə mübarizədə Fransanı dəstəkləyir

Merkel: Almaniya terrorizmlə mübarizədə Fransanı dəstəkləyir Almaniyadakı bütün insanlar terrorizmlə mübarizədə fransalı dostları ilə həmrəydirlər.

Tehsil-press.az-ın RİA Novosti-yə istinadən verdiyi məlumata görə, bunu jurnalistlərə Ulan-Batorda olan Almaniya Kansleri Angela Merkel Nitsadakı terror aktından sonra deyib. O qeyd edib ki, Almaniya terrorizmlə mübarizədə Fransanın tərəfindədir. Mən bütün çətinliklərə baxmayaraq, qalib gələcəyimizə inanıram".
Qeyd edək ki, bu gecə Nitsa şəhərində terror aktı törədilib. Yük maşını kütlənin üstünə sürülüb, sonra naməlum şəxslər avtomobildən enərək insanlara atəş açıblar.
Ölənlərin sayı 84 nəfərə çatıb.


Tehsil-press.az

Oxşar xəbərlər