Almaniyada 1 nəfəri öldürən, 2 nəfəri yaralayan suriyalı qaçqın imiş...

Almaniyada 1 nəfəri öldürən, 2 nəfəri yaralayan suriyalı qaçqın imiş... Almaniyada 1 nəfərin ölümü, 2 nəfərin isə yaralanması ilə nəticələnən insidentin ilkin təfərrüatları məlum olub.

“Bild” qəzetinin yazdığına görə, insident Roytlinqen şəhərinin avtovağzalında baş verib.
21 yaşlı suriyalı qaçqın aralarında yaranmış mübahisədən sonra 1 qadın və 2 kişini bıçaqlayıb. Nəticədə qadın hadisə yerində dünyasını dəyişib. Cinayətkar polis tərəfindən yaxalanıb.

* * *20:57
Almaniyanın Roytlinqen şəhərində naməlum şəxs bıçaqla bir qrup insana hücum edib.
Tehsil-press.az bildirir ki, bu barədə “Bild” qəzeti xəbər yayıb.
Hücum nəticəsində bir nəfər ölüb, üç nəfər yaralanıb. Cinayətkar polis tərəfindən yaxalanıb. Hadisənin motivi və təfərrüatları hələ ki, məlum deyil.


Tehsil-press.az

Oxşar xəbərlər