Təhsil naziri Rusiya Federasiyasının nümayəndə heyətini qəbul edib

Təhsil naziri Rusiya Federasiyasının nümayəndə heyətini qəbul edib Mayın 19-da təhsil naziri Mikayıl Cabbarov ölkəmizdə ikigünlük işçi səfərdə olan Rusiya Federasiyasının Müstəqil Dövlətlər Birliyi, Xaricdə Yaşayan Həmvətənlərlə İş və Beynəlxalq Humanitar Əməkdaşlıq üzrə Federal Agentliyinin, eləcə də Təhsil və Elm Nazirliyinin rəhbər şəxslərindən ibarət nümayəndə heyətini qəbul edib.
Görüşdə iki ölkə arasında təhsil sahəsində əlaqələrin hazırkı vəziyyəti və gələcək əməkdaşlıq perspektivləri, Azərbaycan tələbələrinin Rusiya Federasiyasında təhsili və Azərbaycan Respublikasında rus dilinin tədrisi məsələləri müzakirə olunub.
Səfər çərçivəsində qonaqlar həmçinin, 160 saylı klassik gimnaziyanı, Bakı Dövlət Universitetini və M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin Bakı filialını ziyarət edib və Azərbaycanda rus dilinin tədrisi, rus dilində təhsil üçün yaradılmış imkanlar, bu sahəyə Azərbaycan Hökumətinin dəstəyi və qayğısı ilə şəxsən tanış olublar.


Təhsil naziri Rusiya Federasiyasının nümayəndə heyətini qəbul edib

Təhsil naziri Rusiya Federasiyasının nümayəndə heyətini qəbul edib

Tehsil-press.az

Oxşar xəbərlər