Mikayıl Cabbarov: Azərbaycanda təhsil sistemi müasir çağırışların öhdəsindən gələcək

Mikayıl Cabbarov: Azərbaycanda təhsil sistemi müasir çağırışların öhdəsindən gələcək Azərbaycanda təhsil sistemi innovasiyalara mövcud maraq nəzərə alınmaqla qarşısında dayanan çağırışların öhdəsindən gələcək.

Tehsil-press.az-ın məlumatına görə, bunu təhsil naziri Mikayıl Cabbarov Azərbaycan Dövlət Neft və Sənaye Universitetində Startap-məktəbin yaradılması ilə bağlı təşkil edilmiş konfransda deyib.
Onun sözlərinə görə, Startap-layihələr göz önündə yaradıldığına görə cəlbedicidir: "Onların hər birinin arxasında mütləq uğur tarixi dayanır. Bunun üçün vaxt tələb olunur".
M.Cabbarov qeyd edib ki, lakin bunun arxasında çağırış tarixi dayanır: "O çağırış ki, hər bir insan layihənin reallaşdırılması zamanı öhdəsindən gəlir. Bu ən əsasıdır. Bəzi ali məktəblərimiz Startap-məktəblərin reallaşdırılması istiqamətində uğurla çalışır. Yaxın 10 gündə Təhsil Nazirliyinin böyük nümayəndə heyəti Berkli Universitetini ziyarət edəcək və ölkəmizdə gələcək tətbiqi üçün universitetin təcrübəsi ilə tanış olacaq".


Tehsil-press.az

Oxşar xəbərlər