Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) rektoru, professor Mustafa Babanlı və mütəxəssislər Akademik Zərifə Əliyeva adına Liseydə şagirdlərlə görüşüblər.
ADNSU-dan Tehsil-press.az-a bildiriblər ki, görüşdə M.Babanlı rəhbərlik etdiyi ali məktəbin fəaliyyətindən söz açıb. Universitetin beynəlxalq əməkdaşlıq şöbəsinin aparıcı mütəxəssisi Qənirə Quliyeva ADNSU-nun beynəlxalq əlaqələri haqqında təqdimatla çıxış edib. O, universitetin dünyanın 25 ölkəsinin 75 ali məktəbi ilə əlaqəsinin olduğunu diqqətə çatdırıb. Q.Quliyeva, eyni zamanda, ADNSU-da həyata keçirilən AZİİ-START UP, AZİİ-İT Club layihələri, beynəlxalq mübadilə proqramları barədə danışıb.
ADNSU-nun nəzdində fəaliyyət göstərəcək Fransız-Azərbaycan Universitetinin (UFAZ) nümayəndəsi Şarlotta Payen UFAZ barədə ətraflı məlumat verib. Ali təhsil müəssisəsinə qəbul qaydalarından danışan Ş.Payen birinci ixtisas qrupu üzrə müvafiq qəbul imtahanlarında 500-dən çox bal toplayan abituriyentlərin UFAZ-a sənəd verməsinin mümkün olacağını qeyd edib. UFAZ-da tədrisin ingilis dilində aparılacağı diqqətə çatdırılıb.
Tehsil-press.az