Şagirdlər üçün yay düşərgəsi təşkil olunub

Şagirdlər üçün yay düşərgəsi təşkil olunub Təhsil Nazirliyi Respublika Ekoloji Tərbiyə və Təcrübəçilik Mərkəzi ilə “EkoSfera” Ekoloji-Sosial Mərkəzinin birgə əməkdaşlığı çərçivəsində Quba rayonunda təşkil edilən yay düşərgəsi başa çatıb.
12 gün davam edən düşərgədə Bakı şəhəri üzrə Təhsil Nazirliyinin tabeliyindəki pilot ümumi təhsil məktəblərində fəaliyyət göstərən “Ekoklub”lardan 30 məktəbli iştirak edib.
Düşərgənin əsas məqsədi şagirdlər üçün uzunmüddətli istirahət və tematik yönümlü xüsusi proqramların hazırlanmasıdır.
Yay düşərgəsində almaniyalı tələbələr öz təcrübələrini bölüşüb, alman və ingilis dillərində treninqlər keçiblər. Düşərgə müddətində ətraf mühit üzrə tematik, istirahət və yaradıcılıq məşğələləri, ekskursiyalar təşkil olunub.
“Tusi Bohm” Planetarium tərəfindən təqdim olunan teleskop vasitəsilə gənc ekoloqlar qalaktikanı müşahidə ediblər.
Quba meşələrinə ekskursiyalar zamanı düşərgə iştirakçıları təbiət qoynundakı praktik məşğələlərdə ekosistem əlaqələrini və biomüxtəlifliyi öyrənmək məqsədilə ekoloji tədqiqatlar aparıb, təbii əlamətlərə əsasən istiqaməti və müxtəlif heyvanların izlərini təyin edib, flora və fauna haqqında treninqlərə qatılıblar.
İstirahətin sonunda “Düşərgənin ən yaxşı ekoloqu” müsabiqəsinin və idman yarışlarının qaliblərinə Təhsil Nazirliyi Respublika Ekoloji Tərbiyə və Təcrübəçilik Mərkəzinin diplom və hədiyyələri təqdim olunub.


Tehsil-press.az

Oxşar xəbərlər