Belarus Respublikasının Təhsil Nazirliyi Respublika Ekologiya və Diyarşünaslıq Mərkəzinin dəvəti ilə Azərbaycan Respublikası Təhsil Nazirliyi Respublika Ekoloji Tərbiyə və Təcrübəçilik Mərkəzinin direktoru və Respublika Gənc Turistlər və Diyarşünaslıq Mərkəzinin direktor əvəzi Firuzə Sultan-zadənin rəhbərlik etdiyi nümayəndə heyəti bu ölkədə işgüzar səfərdə olub.
Belarusa işgüzar səfər çərçivəsində nümayəndə heyəti Minsk şəhərində keçirilən “Davamlı inkişaf naminə ekoloji təhsil: milli və beynəlxalq təcrübə” mövzusunda beynəlxalq elmi-praktik konfransda iştirak edib.
Konfransın açılış mərasimində Firuzə Sultan-zadə “Azərbaycanda uşaq və gənclərin ekoloji təhsili sahəsində iş təcrübəsi” mövzusunda təqdimatla çıxış edib.
Səfərin ikinci günü Azərbaycan nümayəndə heyəti ekoloji təhsil üzrə Respublika Forumuna qatılıb.
Səfər çərçivəsində Firuzə Sultan-zadə Belarusun idman və turizm naziri A.İ.Şamko, təhsil nazirinin müavini V.V.Yakjik, sosial-tərbiyə və ideoloji işlər idarəsinin rəisi M.A.Sorotnik ilə görüşüb. Görüşlərdə uşaq və gənclərin ekoloji təhsili və turizm sahəsində birgə əməkdaşlıq əlaqələri müzakirə edilib.
Minsk şəhərində yerləşən Ekoloji gimnaziyanın müəllim və şagirdləri ilə görüş zamanı ekoloji maarifləndirmə tədbirləri geniş müzakirə olunub. “Dudutki” qədim xalq sənətkarlığı və texnologiyalar muzey kompleksinə və “Nanosı” aqro-turizm kompleksinə səyahət zamanı milli-etnoqrafik dəyərlər barədə geniş məlumat verilib. Sonra Azərbaycan nümayəndə heyəti üçün Mirski və Nesvişskaya qəsrlərinə səyahət təşkil olunub.
Muzey direktorlarının iştirakı ilə seminarda da maraqlı müzakirələr aparılıb və muzey pedaqogikası məsələlərindən bəhs olunub. Sonra Azərbaycan nümayəndə heyəti ”Zubryonok” Milli Uşaq Təhsil-Sağlamlıq Kompleksinin işi ilə yaxından taniş olub.
Tehsil-press.az