Azərbaycan faydalı bitkiləri ilə zəngindir. Burada hər bitkinin öz müalicəvi xüsusiyyətləri var. Bu bitkilərdən istər keçmişdə, istərsə də indiki dövrdə xalq təbabətində geniş istifadə olunur:
Adaçayı yarpağı
Diş ağrıyan zaman 5 qr adaçayı yarpağından hazırlanan isti həlimi 1 stəkan suya qatıb ağızı yaxalamq lazımdır.
Gərək mayeni ağrıyan dişin üzərində saxlayasan. Bu proseduru 3-5 dəfə 30 dəqiqə ərzində yerinə yetirmək gərəkdir.
Bağayarpağı
3 xörək qaşığı xırdalanmış təzə yarpaqları 3 xörək qaşığı balla və ya şəkər tozu ilə qarışdıraraq 4 saat bağlı qabda isti piltədə qızdırırlar. Bu şərbətdən gündə 4 dəfə yeməkdən 30 dəqiqə əvvəl 1 çay qaşığı qəbul edirlər.
Bağayarpağı həlimi tənəffüs orqanları xəstəliyində bəlğəmli öskürəyə qarşı bir vasitədir. Bundan bronxial astmada da geniş istifadə olunur.
Bənövşə
20 qr bənövşə çiçəyini 1 stəkan suda dəmləyib qanı təmizləmək məqsədi ilə gündə 3 dəfə 0,5-1 stəkan
içmək dəri xəstəliklərinin müalicəsində mühüm əhəmiyyət kəsb edir.
Biyan
10 qr biyan kökü üzərinə 1 stəkan qaynar su töküb üzərinə 1 stəkan qaynar su töküb 20 dəqiqə dəmləyirlər.
45 dəqiqə soyudulub süzülür. Sıxılaraq 200 ml-ə çatdırılır. Ondan gündə 3 dəfə 1 xörək qaşığı bəlğəm gətirici vasitə kimi qəbul edilir.
Boyaqotu
1 çay qaşığı xırdalanmış marena kökünün üzərinə 1 stəkan soyuq su tökülür.
10 dəqiqə saxladıqdan sonra 5 dəqiqə qaynadılıb süzülür. Bu dozanı böyrəklərdə fosfat daşları olduqda səhər isti-isti içmək lazımdır.
Boymadərən
Quru boymadərən otunun üzərinə 1 stəkan qaynar su tökülür.
1 saat bürüyərək saxladıqdan sonra süzürlər. Bel ağrısında , revmatizmdə və nevrologiyada ondan gündə 3-4 dəfə yeməyə qədər 1 xörək qəbul edirlər.
Çuğundur
Çuğundur şirəsi ilə boğaz yaxalamaq badamcıq vəzisi iltihabında müsbət təsir göstərir.
Bunun üçün çuğunduru xırda-gözlü sürtgəcdən keçirib şirəsini sıxmaq lazımdır.
Evkalipt
Yanıqlara qarşı islatma dərmanı kimi evkaliptin faydası böyükdür.
Bunun üçün 10 qr evkalipt yarpağının üzərinə 1 stəkan qaynar su tökülür. 30 dəqiqə su hamamında qızdırılır. 45 dəqiqə soyudulur süzülərək sıxılır.
Gicitkən
Aprel-may aylarında cavan gicitkəni üstündən 20 sm kəsib diqqətlə yuduqdan sonra xırda-xırda doğrayırlar. 1 litrlik bankaya yığıb üzərinə qaynanmış su tökərək 10 saat saxladıqdan sonra süzürlər. Əmələ gələn cövhəri meyvə və tərəvəz şirələri ilə birlikdə uşaqlara içirirlər. Bu, qanı allergenlərdən təmizləmə vasitəsi olmaqla həmçinin sakitləşdirici dərmandır.
Gicitkən revmatizm xəstəliyinin müalicəsində də çox faydalıdır. Bir az təzə gicitkən, 1 xörək qaşığı bal, 1 qaşıq 90%-li spirt götürüb gicitkənin təzə sıxılmış şirəsini spirt və balla qarışdıraraq 14 gün soyuqda saxladıqdan sonra süzürlər. Gündə 3 dəfə 2 xörək qaşığı yeməyə 30 dəqiqə qalmış qəbul edilir. Bu, həm revmatizmin, həm də poliartritin müalicəsində əhəmiyyətlidir.
Nanə
1 çay qaşığı quru nanə yarpağını 1 stəkan qaynar su olan çini çaynikə tökürlər.
10-12 dəqiqə saxladıqdan sonra gün ərzində 2-3 dəfə yeməyə 30 dəqiqə qalmış 0,5 stəkan öd kisəsində daş olduqda, yuxusuzluqda, əsəb, ürək və başqa xəstəliklərdə içmək lazımdır.
Qızılağac
50 qr qızılağac qozasının üzərinə 1 litr su töküb 15-20 dəqiqə dəmləmək lazımdır.
Bu həlimdən gündə 3 stəkan içilərsə güclü və xroniki qastritdə, mədə-bağırsaq xəstəliklərində böyük köməyi olar.
Hazırladı: Kəmalə Rəhimli