Batumidə azərbaycanlı turistləri aldadan şirkətin əməkdaşları saxlanılıb

Batumidə azərbaycanlı turistləri aldadan şirkətin əməkdaşları saxlanılıb Azərbaycanlı turistləri Batumidə aldadaraq çətin vəziyyətə qoyan turizm şirkətlərinin əməkdaşları yerli hüquq-mühafizə orqanları tərəfindən saxlanılıb.

Bu barədə Tehsil-press.az-a adının açıqlanmasını istəməyən zərərçəkənlərdən biri məlumat verib. O qeyd edib ki, aldadılan 50 turistdən 2-si yol xərclərini özləri ödəyərək Azərbaycana qayıdıblar.
“İnTravel” şirkətindən Trend-ə verilən məlumata görə isə, həmin iki şəxs onların xətti ilə Batumiyə gedən turistlərdir və onlar Azərbaycana qayıtdıqdan sonra təzminat ödəniləcək.
Qeyd edək ki, Bakıda fəaliyyət göstərən turizm şirkətlərindən birinin əməkdaşları Batumidə otel və turistləri aparan avtobus üçün ödənilməli olan pulu kazinoda uduzublar və nəticədə turistlər çətin vəziyyətdə qalıblar.

Tehsil-press.az

Oxşar xəbərlər