Fransada Ermənistan əleyhinə aksiya iştirakçılarına hücum olunub

Fransada Ermənistan əleyhinə aksiya iştirakçılarına hücum olunub Aprelin 9-da Ermənistanın Parisdəki səfirliyinin qarşısında Ermənistan ordusunu təmas xətti yaxınlığında yerləşən yaşayış məntəqələrindəki mülki əhalini hədəf alan son hərbi təxribatlarına etiraz aksiyası keçirilib.

Tehsil-press.az-a Azərbaycanın Fransadakı səfirliyindən verilən xəbərə görə, ermənilərdən ibarət bir qrup ekstremist təxribata əl ataraq, aksiya iştirakçılarına hücum zorakılıq tətbiq edib. 20-dən artıq maskalı ermənilərdən ibarət bir qrup ekstremist dəmir çubuqlar, şüşə, ammonium (kimyəvi maddə) və digər küt alətlərlə silahlanaraq Parisdə Ermənistan səfirliyinin qarşısında dinc şəkildə etirazlarını bildirən 200-dən çox azərbaycanlı, Azərbaycanın dostları və beynəlxalq hüquq tərəfdarlarına qarşı zorakılıq tətbiq ediblər.
Fransa çevik polis alayı ermənilərin hücumunu dəf edib və hazırda hücum edənləri müəyyənləşdirməyə çalışır. Yaralılara yardım etmək üçün təcili tibbi yardım çağırılıb. Hazırda hücum edənlərin kimliyi araşdırılır.

tehsil-press.az

Oxşar xəbərlər