Mançester Yunayted Yay Futbol Məktəbinə növbəti seçim başlayır

Mançester Yunayted Yay Futbol Məktəbinə növbəti seçim başlayır Azərbaycanın İlk Mobil Operatoru və Aparıcı Mobil İnternet Provayderi Bakcell şirkəti və Azərbaycan Futbol Federasiyaları Assosiasiyası (AFFA) Mançester Yunayted dördüncü Yay Futbol Məktəbinə seçimlərin başlandığını elan edir.

Şirkətdən Tehsil-press.az-a verilən məlumata görə, seçim turları 29-31 avqust tarixlərində, Bakı şəhərində, “Bayıl Arena” stadionunda keçiriləcək.
AFFA-nın dəstəyilə təşkil olunan seçimlərdən uğurla keçmiş 9-12 yaşlı 32 gənc istedad 5-9 sentyabr tarixlərində Bakıdakı “Bayıl Arena” stadionunda “Mançester Yunayted” futbol məktəbindən Azərbaycana ezam olunan məşqçilər tərəfindən keçirilən təlim-məşq toplantılarında iştirak edəcək. Təlim-məşq toplantıları zamanı uşaqlar öz texniki bacarıqlarını göstərməklə yanaşı, eyni zamanda “Mançester Yunayted” klubunun təcrübəsindən yararlanaraq futbol üzrə bilik və bacarıqlarını artıracaqlar.
Bakıda fəaliyyət göstərən “Mançester Yunayted Futbol Məktəbi”nin məşqçiləri tərəfindən keçiriləcək seçimlərdə hansı klubun üzvü olmasından asılı olmayaraq 2005-2006-cı il və 2007-2008-ci il təvəllüdlü istənilən gənc istedad iştirak edə bilər. Bu seçim turlarında əsas üstünlük uşaqların texniki bacarıqlarına verilir. Heç bir ödəniş olunmadan keçirilən seçim prosesində iştirak etmək üçün uşaqlar doğum haqqında şəhadətnamənin əslini və tibbi arayış təqdim etməlidirlər.
“Mançester Yunayted Yay Futbol Məktəbi”nin seçim turlarının tarixləri aşağıdakı kimidir:
29 avqust. Saat 09:00-15:00 – 9-10 (2007-2008-ci il təvəllüdlü) yaş qrupu üçün seçim
30 avqust. Saat 09:00-15:00 – 11-12 (2005-2006-cı il təvəllüdlü) yaş qrupu üçün seçim
31 avqust. 09:00-15:00 – Hər iki yaş qrupundan seçilmiş 32 nəfərdən 16 nəfər seçiləcək və “Mançester Yundayted Yay Məktəbi”nə dəvət alacaqlar
5-9 sentyabr. “Mançester Yunayted Yay Futbol Məktəbi”
“Mançester Yunayted Yay Futbol Məktəbi”nə seçilən uşaqlar Bakcell şirkəti tərəfindən idman paltarı ilə təmin ediləcəklər. Təlim-məşq toplantısının bütün iştirakçılarına “Mançester Yunayted” klubu tərəfindən xüsusi sertifikat təqdim olunacaq. Təlim zamanı ən yaxşı nəticələr nümayiş etdirən 5 məzun Mançesterə 4 günlük səfər edəcək, “Mançester Yunayted” klubu ilə tanış olacaq və klubun oyununu izləmək imkanı əldə edəcək. Səfərlə əlaqəli xərclər də həmçinin Bakcell şirkəti tərəfindən qarşılanacaq.
Seçim prosesi ilə bağlı suallar üçün üçün əlaqə vasitələri:
+994 55 511 45 55 – Çinarə Kazımi
[email protected]
Bakcell haqqında
Azərbaycanın İlk Mobil Operatoru və Aparıcı Mobil İnternet Provayderi Bakcell şirkəti müasir mobil kommunikasiya xidmətləri istifadəçilərinə geniş çeşiddə məhsullar təklif edir. Bakcell, Sü[email protected] ticarət nişanı adı altında öz abunəçilərinə ən mükəmməl 3G və 4G mobil internet xidməti göstərir.
Ölkənin qeyri-neft sektorunun ən iri investorlarından biri olan Bakcell, ən son texnologiyalar və abunəçilərinə xidmət edən insan resursları vasitəsilə Azərbaycan iqtisadiyyatına böyük həcmdə sərmayə yatırmaqda davam edir.
Uzunmüddətli tərəfdaşlıq müqaviləsi çərçivəsində Bakcell şirkəti bütün MDB məkanında “Mançester Yunayted”in ilk rəsmi telekommunikasiya və yayım partnyoru olaraq Azərbaycandakı futbol həvəskarlarına və xüsusilə, Mançester Yunayted azarkeşlərinə geniş çeşidli xüsusi və eksklüziv məzmun təqdim edir.
Bakcell və onun məhsul və xidmətləri haqqında ətraflı məlumat əldə etmək üçün, xahiş edirik, www.bakcell.com internet səhifəsinə daxil olun və ya 555-ə zəng edin. Press-relizlərlə tanış olmaq üçün www.bakcell.com/az/news (və ya İngilis dili üçün www.bakcell.com/en/news) səhifəsinə daxil olun.
Qeyri-Bakcell abunəçiləri isə 055 0000 555 nömrəsinə zəng etməklə Bakcell-in xidmətləri haqqında məlumat əldə edə bilərlər.


Tehsil-press.az

Oxşar xəbərlər