İndoneziya parlamentinin vitse-spikeri Azərbaycana gəlir

İndoneziya parlamentinin vitse-spikeri Azərbaycana gəlir İndoneziya parlamentinin vitse-spikeri Osman Sapna Odanq sentyabrın 8-də Azərbaycana səfər edəcək.

Bu barədə Tehsil-press.az-a İndoneziyanın Bakıdakı səfirliyindən məlumat verilib. Səfər zamanı vitse-spiker Azərbaycan rəsmiləri ilə, həmçinin Milli Məclisdə görüşlər keçirəcək. Tərəflər iki ölkə arasında münasibətlərin möhkəmləndirilməsi və genişləndirilməsi imkanlarını müzakirə edəcəklər. Səfər sentyabrın 9-da başa çatacaq.


Tehsil-press.az

Oxşar xəbərlər