“İnvestisiya təşviqi sənədinin verilməsi Qaydası” dəyişdirildi

“İnvestisiya təşviqi sənədinin verilməsi Qaydası” dəyişdirildi Prezident İlham Əliyev “İnvestisiyaların təşviqi ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 18 yanvar tarixli 745 nömrəli fərmanında dəyişikliklər edilməsi barədə fərman imzalayıb.

Dəyişikliklərə əsasən, fərmanın 3.2-ci bəndi ləğv edilir. Həmin fərmanla təsdiq edilmiş “İnvestisiya təşviqi sənədinin verilməsi Qaydası”nın 10-cu hissəsində “Azərbaycan Respublikasının Nazirlər Kabineti” sözləri “Azərbaycan Respublikasının Prezidenti” sözləri ilə əvəz edilir.
Bundan əvvəl həmin hissədə qeyd olunurdu: "İnvestisiyanın həyata keçirildiyi iqtisadi fəaliyyət sahələri, investisiya layihəsinin həcmi ilə bağlı minimal məbləğ və həyata keçiriləcəyi inzibati ərazi vahidləri Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən müəyyən olunur".


Tehsil-press.az

Oxşar xəbərlər