Rabitə işçilərinin maaşı artırıldı

Rabitə işçilərinin maaşı artırıldı Sentyabr ayının 1-dən etibarən Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin strukturunda çalışan işçilərin ştat üzrə aylıq vəzifə maaşları artırılıb.

Bu barədə tehsil-press.az-a nazirliyin mətbuat xidmətindən məlumat verilib. Bildirilir ki, əmək haqlarının artırılmasında üstünlük, əsasən, regionlara və vətəndaşlara birbaşa xidmət göstərən müəssisələrin əməkdaşlarına verilib. Belə ki, artım “Aztelekom” MMC-nin baş idarəsi üzrə 5 %, digər bütün müəssisələri üzrə 10%, “Azərpoçt” MMC-nin (aparat istisna olmaqla) “Azərekspresspoçt” Rabitə Müəssisəsi üzrə 5%, digər bütün müəssisələri üzrə 10%, “Bakı Telefon Rabitəsi” İstehsalat Birliyinin Xətai, Yasamal, Nizami, Sabunçu, Qaradağ Telefon qovşaqları 5%, Xəzər Telefon Qovşağı və Bakı Avtomat Telefon Qovşağı üzrə 10%, “Teleradio” İstehsalat Birliyi üzrə 10%, “Azərmarka” MMC üzrə 5%, “Hərbiləşdirilmiş Mühafizə İdarəsi” MMC üzrə 10 % təşkil edib.
Qeyd edək ki, 2016-cı ilin yanvar-iyun aylarında ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin orta aylıq nominal əməkhaqqı 488,1 manat təşkil edir.
İqtisadiyyatın digər sahələri ilə müqayisədə informasiya və rabitə sahələrində orta aylıq nominal əməkhaqqı daha yüksəkdir. Belə ki, hazırda sektor üzrə orta aylıq əməkhaqqı 746.8 manatdır.


Tehsil-press.az

Oxşar xəbərlər