42-ci Ümumdünya Şahmat Olimpiadası münasibəti ilə poçt markaları nəşr etdirilib

42-ci Ümumdünya Şahmat Olimpiadası münasibəti ilə poçt markaları nəşr etdirilib Rabitə və Yüksək Texnologiyalar Nazirliyi “Azərmarka” MMC öz ənənəsinə sadiq qalaraq əlamətdar hadisələrə həsr olunan yeni markalar dövriyyəyə buraxıb.

Bu barədə Tehsil-press.az-a nazirlikdən məlumat verilib.
“Azərmarka” MMC-nin nəşr etdiyi növbəti markalar 42-ci Ümumdünya Şahmat Olimpiadasına həsr edilib. Bu seriyada 5 poçt markası dövriyyəyə buraxılıb.
Nəfis dizaynda hazırlanan blokun üzərində yer alan poçt markalarının hər birinin nominal dəyəri 0,5 manat təşkil edir.
Məlumat üçün bildirək ki, 42-ci Ümumdünya Şahmat Olimpiadası bu il sentyabrın 1-dən 14-dək Bakıda baş tutacaq.
Xatırladaq ki, "Şahmat üzrə Dünya Kuboku. Bakı-2015" adlı markamız İtaliyada "L'arte del francobollo" jurnalı tərəfindən "Ayın ən orijinal markası" seçilmişdi.
Markanın planeti ideal təsvir etdiyi, həmçinin Qədim Bakıda yerləşən və Dünya kubokuna ev sahibliyi edən "Qız qalası"nın ətrafında dünyanın digər tarixi abidələrinin - İtaliyanın "Piza qülləsi", Fransanın "Eyfel qülləsi", Londonun "Biq Ben"-i, Rusiyanın Kreml qülləsi, Hindistanın "Ranqanatxi" məbədi, ABŞ-ın "Azadlıq heykəli"nin yer alması xüsusi vurğulanmışdı.


Tehsil-press.az

Oxşar xəbərlər