Nişanlısından ayrılan 21 yaşlı qız özünü 17-ci mərtəbədən atdı

Nişanlısından ayrılan 21 yaşlı qız özünü 17-ci mərtəbədən atdı Paytaxtda intihar hadisəsi baş verib.

Binəqədi Rayon Polis İdarəsindən verilən məlumata görə, hadisə bu gün rayonun Mir Cəlal küçəsi 63 A ünvanında qeydə alınıb. 1995-ci il təvəllüdlü Aysel Hümbət qızı Ağaməmmədova özünü 17-ci mərtəbədən atıb. Nəticədə o, aldığı xəsarətdən hadisə yerində keçinib. Saytın hüquq-mühafizə orqanlarından əldə etdiyi məlumata görə, A. Ağaməmmədova Azərbaycan Dövlət Pedaqoji Universitetinin Şamaxı filialının tələbəsi olub. O, bir müddət əvvəl nişanlısından ayrılıb. İlkin ehtimala görə, A. Ağaməmmədova buna görə intihar edib. Faktla bağlı Binəqədi Rayon Prokurorluğu tərəfindən cinayət işi başlanıb, araşdırma aparılır.


Tehsil-press.az

Oxşar xəbərlər