9-cu mərtəbədən yıxılan uşaq sağ qaldı

9-cu mərtəbədən yıxılan uşaq sağ qaldı Bakının Binəqədi rayonu ərazisində bədbəxt hadisə baş verib.

Tehsil-press.az-ın verdiyi xəbərə görə, hadisə 7-ci mikrorayon ərazisində qeydə alınıb. 7 yaşlı Həsən Amanullayev 9 mərtəbəli binanın 9-cu mərtəbəsindən yıxılıb. Ağaclara ilişərək yerə düşən uşaq sağ qalıb.
Hadisədən dərhal sonra Kliniki Tibbi Mərkəzin reanimasiya şöbəsinə yerləşdirilən Həsənə kəllə-beyin travması diaqnozu qoyulub. Bundan başqa onun bud, çanaq və qabırğalarında çoxsaylı sınıqlar var. Həkimlər 7 yaşlı oğlanın halında pisləşmə qeydə almasalar da, onun vəziyyətinin ağır olduğunu bildirirlər.
İlkin məlumata görə, həyətdə oynayan Həsəni anası evə gətirib. Bundan əsəbiləşən uşaq özünü 9-cu mərtəbədən atıb.
Faktla bağlı Binəqədi Rayon Prokurorluğunda araşdırma aparılır.


Tehsil-press.az

Oxşar xəbərlər