Prezidentin koməkçisi növbəti 10 il üçün Azərbaycanın iqtisadi strategiyasını açıqlayıb

Prezidentin koməkçisi növbəti 10 il üçün Azərbaycanın iqtisadi strategiyasını açıqlayıb Milli iqtisadiyyatın strateji yol xəritəsi Azərbaycanın növbəti on il üçün iqtisadi strategiyasında əsas sənəd olacaq. Tehsil-press.az-n məlumatına görə, bunu Azərbaycan Prezidentinin iqtisadi islahatlar üzrə köməkçisi Natiq Əmirov yol xəritəsinin yekun müzakirəsinə həsr olunmuş iclasda deyib.
Onun sözlərinə görə, hazırda aşağıdakı sənədlərin hazırlanması ilə bağlı işlər başa çatmaq üzrədir: "Bir il üçün nəzərdə tutulmuş ətraflı yol xəritəsi, 2016-2020-ci illər üçün strateji iqtisadi inkişaf və 2025-ci ilədək tədbirlər planı, uzunmüddətli baxış və 2025-ci ildən sonra məqsədli baxış. Yol xəritəsi istehsal və xidmətlər sahəsində 6 əsas sektoru, iki sosial sektoru və 3 infrastruktur sektoru əhatə edir".


Tehsil-press.az

Oxşar xəbərlər