Azərbaycan iqtisadiyyatın "yol xəritəsi"nin işlənməsi üçün "Mckinsey"ni cəlb edib

Azərbaycan iqtisadiyyatın Azərbaycan ölkə iqtisadiyyatının 2025-ci ilə qədər və sonrakı illər üçün "yol xəritəsi"nin işlənməsi üçün "Mckinsey & Company" beynəlxalq konsaltinq şirkətini cəlb edib.

Tehsil-press.az-ın məlumatına görə, bu barədə "Financial Times" yazır. Azərbaycan Prezidentinin iqtisadi islahatlar üzrə köməkçisi Natiq Əmirov "Financial Times"a bildirib ki, Azərbaycan postneft dövrünü 10-15 ildən sonra gözləyirdi: "Amma biz bu vəziyyətlə praktiki olaraq artıq bu gün qarşılaşmışıq".
Onun sözlərinə görə, Azərbaycanın gömrük gəlirləri 2016-ci ilin birinci yarısında ötən ilin müvafiq dövrü ilə müqayisədə 30 faiz artıb. Prezidentin köməkçisi qeyd edib ki, hökumət dövlət orqanları tərəfindən yoxlamaların sayını kəskin şəkildə azaldıb.


Tehsil-press.az

Oxşar xəbərlər