BANM-in iki tələbəsi Böyük Britaniyada “İlin tələbəsi” oldu

BANM-in iki tələbəsi Böyük Britaniyada “İlin tələbəsi” oldu BANM-in “Neft-qaz mühəndisliyi” ixtisasında təhsil alan IV kurs tələbəsi Rəşad Nəzərəliyev və “Kimya muhəndisliyi” ixtisasında təhsil alan III kurs tələbəsi Ellada Isazadə 2015/2016-cı tədris ili ərzində semestrdə göstərdikləri yüksək nəticəyə görə Böyük Britaniyanın Heriot Vatt Universiteti tərəfindən “İlin tələbəsi” adına layiq görülüblər. Bu münasibətlə Heriot Vatt Universitetinin 2015/2016-cı akademik ili uzrə yuksək təhsil göstəricilərinə görə hər iki tələbəyə universitet mükafatının qalibi olaraq sertifikat və pul mükafatı verilib.
Qeyd edək ki, Rəşad Nəzərəliyev 2013-cü ildə BANM-in “Neft-qaz mühəndisliyi” ixtisasına 677 balla daxil olub. Ellada Isazadə isə, “ Kimya mühəndisliyi” ixtisasına 2014-cü ildə 648 bal toplayaraq qəbul olub.
Xatırladaq ki, hazırda BANM-in “Kimya muhəndisliyi” ixtisasında təhsil alan IV kurs tələbəsi Sevinc Qafarlı da 2014/2015-ci tədris ili ərzində semestrdə göstərdiyi yüksək nəticəyə görə Heriot Vatt Universiteti tərəfindən “İlin tələbəsi” adına layiq görülərək sertifikat və pul mükafatı almışdı.

BANM-nin Mətbuat Xidməti


BANM-in iki tələbəsi Böyük Britaniyada “İlin tələbəsi” oldu

Oxşar xəbərlər