Son yüzillikdə iqtisadiyyatın bütün sahələrinin sürətli inkişafı insan fəaliyyətinin ətraf mühitə artan mənfi təsiri və təbii sərvətlərin həddindən artıq istismarı ilə nəticələnib.
Əksər ölkələrdə olduğu kimi, Azərbaycanda da ətraf mühitin mühafizəsi və təbii sərvətlərdən səmərəli istifadə olunması problemlərinin həllinə böyük diqqət yetirilir.
Bu sahədə gənclərin maariflənməsinə böyük ehtiyac yaranıb. Bu mənada Abbaslı Sevər Şakir qızının təklif etdiyi “Təbiətimizi necə qoruyaq? Virtual maaarifləndirmə – www.MenimTebietim.az” layihəsi olduqca vacib və zəruridir. Azərbaycan Respublikası Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə reallaşan layihənin əsas məqsədi gənclərin ekologiya mövzusunda biliklərinin təkmilləşdirilməsinə dəstək vermək və onların nəzəri biliklərini praktik bacarıqlara çevirməsinə yardımçı olmaqdan ibarətdir.
Qeyd edək ki, layihə çərçivəsində nəzərdə tutulan www.MenimTebietim.az saytı artıq fəaliyyət göstərir. 3 ay ərzində davam edəcək layihə çərçivəsində nəzərdə tutulan bütün texniki işlər tamamlanıb.
Tehsil-press.az