ASAN Könüllüləri yeni layihələrə start verir

ASAN Könüllüləri yeni layihələrə start verir “ASAN Könüllüləri” Təşkilatı fəaliyyətdə olduğu müddət ərzində sosial məsuliyyəti artıran, gənclərdə vətənpərvərlik ruhunu aşılayan, gənclərin inkişafına yönələn, şəxsi inkişafın vacibliyini artıran, təhsilin və maariflənmənin, elmin və mütaliənin vacibliyini aşılayan yüzlərlə layihənin icraçısı olmuş və həyata keçirdiyi layihələr ictimaiyyət tərəfindən rəğbətlə qarşılanmışdır.

Təşkilatdan Tehsil-press.az-a daxil olan məlumatda deyilir ki, Azərbaycan Respublikası Prezidenti yanında Gənclər fondunun maliyyə dəstəyi, “ASAN Könüllüləri” Təşkilatının təşkilatçılığı ilə gənclərin asudə vaxtını səmərəli keçirməsi, dünyagörüşünün və motivasiyasının artırılması və xüsusən də dövlətçilik dəyərlərinin yüksəldilməsi, iş bacarıqlarnın, psixoloji durumunun yaxşılaşdırılması istiqamətində yeni layihələrə start verilib.
Belə ki, “ASAN Könüllüləri” Təşkilatının təşkilatçılığı ilə ASAN Könüllüləri tərəfindən Azərbaycanda ilk dəfə yerli və əcnəbi iştirakçıların iştirakıyla baş tutuacaq “I Beynəlxalq Startup Akademiyası: Gəncə 2016” layihəsi, Respublika miqyasında könüllük fəlsəfəsini təbliğ olunması və könüllülük hərakatını stimullaşdırma məqsədilə “Könüllülər Yurdu-Azərbaycan” layihəsi, gənclərin fərdi inkişafına təkan verib onlara gələcək karyeralarına ilkin addım atmaqda yardım etmək üçün “ASAN Akademiya” layihəsi, gənclərdə kitaba maraq yaratmaq, onlar arasında kitab oxumaq vərdişi aşılamaq məqsədilə “Hərəyə bir kitab bölüşək” layihəsi gənclərin psixi sağlamlığının qorunması, psixoloji gərginliklərdən azad olub gələcəkdə vətəni üçün sağlam bir gənc kimi yetişməsi üçün “Gənc Beyin” layihəsi, gənclərimizə idmanı sevdirib, sadə fiziki məşqlərin gündəlik yerinə yetirilməsini aşılamaq məqsədilə “ASAN Könüllülərinin II Spartakiadası”, valideyn himayəsindən məhrum uşaqların asudə vaxtının səmərəli keçirilməsi məqsədilə onlarda dil biliklərinin təkmilləşdirilməsi istiqamətində rus və ingilis dili kurslarının keçiriləcəyi “Gələcəyə yatırım” layihəsi və digər layihələr həyata keçiriləcək. Keçiriləcək layihələrin ümumilikdə 1000-ə qədər gənci əhatə etməsi nəzərdə tutulub.


Tehsil-press.az

Oxşar xəbərlər