Məzunlarımızın dilindən Anadolu Universiteti

Məzunlarımızın  dilindən Anadolu Universiteti Əziz oxucularımız sizə bugünkü müsahibimizi təqdim edirik. O, Anadolu Universitetinin “İşletme” fakultəsinin “İşletme” bölümünün məzunu Mahmudlu Mahmud Fərman oğludur. Elə onunla da söhbətimizi ənənəvi sualdan başlayırıq.

- Mahmud ilk olaraq sizi Anadolu Universitetinin məzunu olmaq münasibəti ilə Azərbaycan Proqramları adından səmimi qəlbdən təbrik edirik. Qısa da olsa, özünüzü oxucularımıza tanıtmağı xahiş edirik.

- Mən 1993-cü ildə Sumqayıt şəhərində anadan olmuşam. Elə orta təhsilimi də hal-hazırda yaşadığımız Abşeron rayonu Saray qəsəbəsində 1 saylı orta məktəbi bitirmişəm. Qeyd edim ki, həmin məktəbin məzunu olmaqdan fəxr duyuram, çünki bitirdiyim orta məktəbdə çox dəyərli müəllim heyəti var və böyüməkdə olan gənc nəsilə öz bilik və bacarıqlarını öyrətmək üçün fədakarlıqla çalışırlar. Məktəbi bitirdikdən sonra,təhsil almaqla yanaşı, iş həyatında təcrübə toplamaq bir çoxlarının xəyalı olduğu kimi mənim də xəyalım idi. Bu istiqamətdə etdiyim araşdırmalar zamanı ən ideal və ən uyğun universitet Türkiyənin Anadolu Dövlət Universiteti oldu. Anadolu Universiteti dünyanın bir çox ölkələrində olduğu kimi, Azərbaycanda da distant ali təhsil verməsi sayəsində mən öz təhsil xəyalımı gerçəkləşdirdim . 2011 -2012 tədris ilində imtahan verərək Anadolu Dövlət Universitetinin tələbəsi adını qazandım, elə həmin ildə xarici şirkətlərin birində iş təcrübəsi üçün işə qəbul oldum. Bu gün artıq Anadolu Universitetinin məzunuyam.

- Bəs, Anadolu Universitetinin Azərbaycan Proqramları haqqında necə məlumat əldə etdiniz?
- Anadolu Universiteti Azərbaycan Proqramları haqqında əslində bir təsadüf əsnasında xəbərdar olmuşdum, daha sonra özüm araşdıraraq Anadolu Universitetinin Azərbaycandakı rəsmi qeydiyyat mərkəzinə yaxınlaşaraq imtahanda iştirak etməyim üçün qeydiyyatdan keçdim. İmtahanlarda uğurla iştirak edərək, Anadolu Universitetinin tələbəsi adını qazandım.

- “İşletme” fakultəsini seçmə səbəbiniz nə oldu?

- Hər zaman uğurlu bir iş adamı olmaq istəmişəm, gələcəyimi bu sahədə gördüyüm üçün “İşletme” bölümü seçimim oldu. Qəbul olduqdan sonra öz fərdi inkişafıma da zaman ayıraraq ingilis dilini mənimsəməyə başladım.
Biznesin Təşkili və İdarəedilməsi (“İşletme”) elə bir ixtisasdır ki, istiqamət və növündən asılı olmayaraq, biznesin bütün sahələrində çalışmağa imkan yaradır. Bu mənim üçün çox önəmlidir.

- Qeyd etdiniz ki, həm universitetə, həm də işə də qəbul olmusunuz. Oxucularımıza azda olsa işinizdən danışa bilərsinizmi?

- Məmnuniyyətlə. Bəli, bildirdiyim kimi 2011-cü ilin sentyabr ayında mən həm universitetə, həm də işə daxil oldum. Lakin ilk iş təcrübəm qısa müddətli oldu. İşlədiyim müddətdə layihə sona çatdığı üçün, həmin xarici şirkətdə bir ilə yaxın çalışa bildim. Bu arada valideynlərimin israrı və dəstəyi ilə əsas qüvvəmi təhsilə yönəltdim. İlk olaraq Türk dilini mükəmməl öyrəndim. Bu mənə digər fənnlər üzrə də uğur qazanmaqda yardımçı oldu. Anadolu Universitetində hal-hazırda oxuyan və yeni qəbul olan tələbə dostlarıma tövsiyyə etmək istərdim ki, tədris türk dilində olduğu üçün, Türk dilini dərindən mənimsəsinlər, bu digər dərslərdən də uğurla keçmək üçün çox vacibdir.
Bu il isə artıq məzun durumuna yaxınlaşanda, düşümdüm ki, yenidən iş həyatına geri dönmək zamanı gəlib çatıb. Bir neçə xarici şirkətə öz CV-mi göndərdim. Qeyd etməliyəm ki, Anadolu Universitetinin tələbəsi olmaq mənim üçün çox üstünlüklər təmin etdi , çünki Anadolu Universitetin adı nəyinki ölkəmizdə və Türkiyə Cümhuriyyətində, hətta ölkə xaricində də çox nüfuzlu, yüksək təhsili olan universitet kimi dəyərləndirilir. Hal-hazırda çalışdığım şirkət “FAT” MMC-yə cv göndərdikdə, öyrəndim ki, burada çox böyük rəqabət var və mən seçdiyim satış meneceri vəzifəsində işləmək çoxlarının istəyidir. Lakin sonda mənə üstünlük verildi.

- Fikrinizcə, əsas meyar nə oldu bu seçim ediləndə?
- Əllbətdə, əsas meyar müsahibə zamanı gələcəkdə iş öhdəliklərimlə əlaqədar göstərdiyim bilik səviyyəsi oldu. Buna görə Anadolu Universitetinə bizlər üçün Azərbaycandakı gənclərin rahat təhsil alması üçün, Türkiyə Respublikasının Azərbaycandakı Səfirliyinin dəstəyi ilə yaratmış olduğu Azərbaycan Proqramlarına, zəhməti üzərimizdə olan Koordinatorumuz Azər Hətəmov`a və digər əməyi keçən hər bir şəxsə öz dərin minnətdarlığımı bildirirəm. Qeyd etməliyəm ki, mənim bir kadr kimi yetişməyimdə burada hökm sürən yüksək tələbkarlıq, nizam-intizam, aldığımız dərslərin düzgün seçilməsi, dərs prosesində olan yeniliklər və yüksək texnologiyalardır.

- Anadolu Universitetini seçənlərə nə tövsiyyə edərdiniz?

- İstəmirəm ki, mənim bu sözlərim qeyri - təvəzökarlıq kimi qəbul edilsin. Lakin mənim üçün təhsil aldığım dövr həyatımın ən məsuliyyətli və yaddaqalan illəri oldu. Müntəzəm olaraq dərslərimi oxumuşam, universitetin ictimai həyatında da hər zaman fəal iştirak etmişəm.
Bütün deyilənləri nəzərə alaraq, Anadolu Universitetitin Azərbaycan Proqramları vasitəsi ilə təhsil alanlara tövsiyyəm budur ki, təhsillərinə məsuliyyətlə yanaşsınlar. Təhsil almaqla yanaşı əlavə biliklərə yiyələnərək dünyagörüşlərini inkişaf etdirsinlər. Və ölkəmiz üçün dəyərli vətəndaş olmağa çalışsınlar.

Səmimi müsahibəniz üçün təşəkkür edirik,
Sizə bütün işlərinizdə uğurlar arzu edirik, hər bir uğurunuz bizim sevincimizdir.

Gülər Qasımlı
Hüquq Mədəniyyəti Jurnalının Məsul Katibi



Məzunlarımızın  dilindən Anadolu UniversitetiMəzunlarımızın  dilindən Anadolu UniversitetiMəzunlarımızın  dilindən Anadolu UniversitetiMəzunlarımızın  dilindən Anadolu UniversitetiMəzunlarımızın  dilindən Anadolu UniversitetiMəzunlarımızın  dilindən Anadolu Universiteti
Məzunlarımızın  dilindən Anadolu Universiteti
Məzunlarımızın  dilindən Anadolu UniversitetiMəzunlarımızın  dilindən Anadolu Universiteti

Oxşar xəbərlər