Azərbaycan Dillər Universitetinin (ADU) Reqionşünaslıq və Beynəlxalq münasibətlər fakültəsinin Çinşünaslıq ixtisasının tələbəsi Ayan Kərimova hazırda Çinin Uhan Universitetində təhsilini davam etdirir. O, 32-ci Beynəlxalq Çin dilində inşa yarışmasında 3-cü yeri qazanıb. Hubei əlayətində keçirilən ənənəvi müsabiqədə mindən çox xarici tələbələr arasında Ayan Kərimova “Mənim ən sevdiyim Çinin atalar sözü” mövzusunda inşası diploma layiq görülüb.
Konfutsi İnstitutunun direktoru, ADU-nun professoru Rafiq Abbasov ADU-da Çin dilinin tədrisinin yüksək səviyyədə olması əsasən ixtisaslaşdırılmış kursların təşkili, Çin dilini təşviq etmək üçün tədbirlərin həyata keçirilməsi, ADU-nun müəllimlərinin Çinə göndərilməsinin nəticəsi olduğunu bildirdi.
Onu da qeyd edək ki, Azərbaycan tarixində tələbələr üçün ilk Çin dili dərsliyi ADU-da nəşr olunub.

ADU-nun Mətbuat Xidməti