Rusiya ilin sonunadək Türkiyədən meyvə və tərəvəz idxalına icazə verə bilər - Aleksey Ulyukayev

Rusiya ilin sonunadək Türkiyədən meyvə və tərəvəz idxalına icazə verə bilər - Aleksey Ulyukayev Rusiya bu ilin sonunadək Türkiyədən meyvə-tərəvəz məhsullarının bəzi növlərinin idxalına icazə verə bilər, amma Türkiyənin kənd təsərrüfatı məhsullarının ixracına qadağa tədricən çəkiləcək.

Tehsil-press.az-n "RİA Novosti"-yə istinadən verdiyi məlumata görə, bunu Rusiyanın İqtisadi İnkişaf Naziri Aleksey Ulyukayev bildirib.
"Bu, mərhələli şəkildə həyata keçiriləcək, biz bütün malları dərhal həll etməyəcəyik" - Ulyukayev jurnalistlərə açıqlamasında deyib.
"Belə bir imkan, əlbəttə ki, qalmaqdadır. Və biz buna hazırlaşırıq, biz kənd təsərrüfatı mallarının bəzilərinin girişi üçün qadağanın aradan qaldırılmasına dair müəyyən təkliflər hazırlamışıq. Hamısının yox, bəzilərinin", - Ulyukayev bildirib.


Tehsil-press.az

Oxşar xəbərlər