Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsinin Beynəlxalq jurnalistika kafedrasında ABŞ-ın Azərbaycandakı səfirliyinin mədəniyyət məsələləri üzrə müşaviri Emi Peterson və təhsil məsələləri üzrə mütəxəssisi Firuzə Cəfərovanın iştirakı ilə görüş keçirilib. Fakültənin professor-müəllim heyətinin iştirak etdiyi görüşdə qonaqları salamlayan kafedra müdiri, professor Həmid Vəliyev kafedranın yaranma tarixi, fəaliyyət istiqamətləri barədə ətraflı məlumat verib.
Görüş zamanı ABŞ-ın aparıcı media vasitələrinin Beynəlxalq jurnalistika kafedrası ilə əlaqələrinin yaradılması, kafedranın ABŞ mətbuatı ilə bağlı “Yeni dünya jurnalistikası” və “Xarici ölkələrin jurnalistika tarixi” kursuna daxil olan mövzular üzrə amerikalı mütəxəssislərin mühazirələrinin təşkili kimi məsələlər müzakirə edilib. Kafedra müəllimləri bununla əlaqədar bir sıra təklif və istəklərini bildiriblər.
Görüşün keçirilməsindən məmnunluğunu ifadə edən Emi Peterson Bakı Dövlət Universitetinin Beynəlxalq jurnalistika kafedrası ilə əməkdaşlıq əlaqələrinin uğurlu olacağına əminliyini ifadə deyib. Səsləndirilən təkliflərin dəqiq və konkret olduğunu vurğulayan müşavir jurnalistlərlə əməkdaşlığın səfirliyin prioritetlərindən biri olduğunu, bu istiqamətdə böyük potensialın mövcudluğunu, kafedranın gələcək fəaliyyəti istiqamətində ABŞ səfirliyinin dəstəyi ilə bağlı reallaşdırılacaq təkliflərin dəyərləndiriləcəyini qeyd edib.
Mətbuat və informasiya şöbəsi