Dillər Universitetində Frankofoniya həftəsi davam edir
7 aprel 2016-cı il tarixində Azərbaycan Dillər Universitetində (ADU) universitetin Fransız dili kafedrası və Fransa Məlumat Mərkəzinin birgə təşkilatçılığı ilə “Frankofoniya həftəsi“nə həsr olunmuş “Le français chez nous” (Fransız dili bizdə) adlı tədbir keçirildi. Tədbirdə Filologiya və jurnalistika fakültəsinin dekanı, professor Sevda Vahabova, Pedaqoji (ingilis dili-fransız dili) fakültənin dekanı, dosent Vəfa Babayeva, Tərcümə fakültəsinin dekanı, dosent Vilayət Hacıyev, Fransanın Azərbaycandakı səfirliyinin universitetlərarası əlaqələr üzrə məsul şəxsi, Campus France Agentliyinin Azərbaycandakı nümayəndəliyinin rəhbəri Batist Minyo, universitetin professor-müəllim və tələbə heyəti iştirak edirdi.
Bayram tədbirini açıq elan edən rektorun müşaviri, doktor Vazeh Əsgərov Bakıda keçirilən “Frankofoniya həftəsi” və bununla bağlı universitetdə həyata keçirilən tədbirlər haqqında ümumi məlumat verdi. V.Əsgərov tədbirin təşkilində əməyi keçən hər kəsə, o cümlədən tədbir iştirakçılarına təşəkkür etdi.
Tədbir Frankofoniya himninin səsləndirilməsi ilə başladı.
Tədbirdə ADU-nun fransız dili üzrə təhsil alan tələbələri və Baku Oxford Shcool, həmçinin və Nərimanov rayonu 73 saylı orta məktəb şagirdlərinin iştirakı ilə fransız dilində səhnəciklər nümayiş olundu, yumorlar, şeirlər və mahnılar səsləndirildi, həmçinin rəqslər ifa edildi.
Pedaqoji (ingilis dili-fransız dili) fakültənin dekanı, dosent Vəfa Babayeva “Frankofoniya həftəsi“ çərçivəsində tədbirin əhəmiyyətini qeyd etdi, onun yüksək səviyyədə təşkil olunduğunu söylədi və uğurlar arzuladı.
Campus France Agentliyinin Azərbaycandakı nümayəndəliyinin rəhbəri Batist Minyo, öz növbəsində “Bərabərlik, birlik, həmrəylik” devizi altında həyata keçirilən Frankofoniya haqqında danışdı. O, universitetdə bu kimi tədbirlərin təşkilinə görə universitet rəhbərliyi başda olmaqla, müəllim-tələbə heyətinə təşəkkürünü bildirdi.
tehsil-press.az